Yeni metro qatarlarının digərlərindən fərqi nədədir? - FOTOLAR

 Yeni metro qatarlarının digərlərindən fərqi nədədir? -  FOTOLAR
  11 İyun 2019    Oxunub:12858
"Sifarişçinin tələbinə uyğun olaraq Bakıya gətirilən yeni qatarların bir sıra özəllikləri var".

Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni qatarların hər bir vaqonunda ayrıca mühərrik mövcuddur.
"Adətən qatarda bütün vaqonlarda mühərrik quraşdırılmır. Amma Bakı metrosunun yolları enişli-yoxuşlu olduğu üçün sifarişimizə uyğun olaraq hər vaqona mühərrik qoyulur. Bundan əlavə, kondisioner sisteminə xüsusi diqqət yetirilib. Belə ki, tələbimizə uyğun olaraq vaqonlardakı kondisionerlər mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Bu isə həmin kondisionerlərdən daimi istifadə etməyə imkan verir. Həmçinin bu kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək", - qurum rəsmisi qeyd edib.









Anar Kəlbiyev
Azvision.az



Teqlər: Metro   Qatar   Vaqon  





Xəbər lenti