Bakı və qəsəbələrdə məktəb tikintisinə 40 milyon ayrıldı - Sərəncam

   Bakı və qəsəbələrdə məktəb tikintisinə 40 milyon ayrıldı -    Sərəncam
  10 İyun 2019    Oxunub:2674
Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, Sərəncamla Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Məktəb  





Xəbər lenti