Prezident Təhsil Nazirliyinə 18 milyon manat ayırdı

Prezident Təhsil Nazirliyinə 18 milyon manat ayırdı
  10 İyun 2019    Oxunub:3271
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az-ın məlumatına görə, Sərəncama əsasən respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Təhsil-Nazirliyi  





Xəbər lenti