Azərbaycan gömrükçüləri ABŞ-da

Azərbaycan gömrükçüləri ABŞ-da
  24 Aprel 2019    Oxunub:2903
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti aprelin 22-dən Amerika Birləşmiş Ştatlarında səfərdədir.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov rəhbərlik edir. Səfər ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təcrübə mübadiləsi və praktiki təlimlərin keçirilməsi məqsədilə təşkil olunub.

Dövlət Gömrük Komitəsinin 12 nəfərdən ibarət nümayəndə heyəti üçün praktiki təlimlər ABŞ-ın Nyu-York ştatının Con Kennedi adına Beynəlxalq Hava Limanında keçirilir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı Azərbaycanda 1999-cu ildən icra olunur və bu layihə çərçivəsində Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

ABŞ Dövlət Departamentınin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təcrübə mübadiləsi və praktiki təlimlər aprelin 26-dək davam edəcək.

Qeyd edək ki, İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə DGK əməkdaşlarına indiyədək gömrük işi sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif mövzularda beynəlxalq və milli təlimlər, eləcə də seminarlar təşkil olunub.

Azvision.az



Teqlər: DGK   ABŞ   Gömrük  





Xəbər lenti