“Peyvənd bütün vətəndaşlar üçün pulsuzdur” - Baş pediatr

  “Peyvənd bütün vətəndaşlar üçün pulsuzdur” -    Baş pediatr
  24 Aprel 2019    Oxunub:3079
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət vaksini istehsalçıdan alarkən bir neçə il müddətinə müqavilə bağlayır. Dövlət istehsalçıdan milyon dozalarla peyvənd alır ki, bu da ona ucuz başa gəlir"
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, özəl klinikalarda vaksinlərin daha keyfiyyətli olması barədə deyilənlər şayiədir:

"Belə şayiələrin çıxması özəl müəssisələrlə bağlıdır. Azərbaycanda peyvəndi dövlətin özü alır və vətəndaşlar üçün pulsuzdur. Özəl şirkətlər isə vaksinləri dərman şirkətlərindən tək dozalarla alır. Klinikalar vaksini az doza ilə aldıqları üçün qiyməti bahalaşdırırlar. Valideynlər də düşünürlər ki, əgər qiymət bahadırsa, demək, həmin vaksin daha yaxşıdır. Belə halların olmaması üçün hamımız bu proseslərdən məlumatlı olmalı və ona qarşı mübarizə aparmalıyıq".

N.Quliyev əlavə edib ki, Azərbaycanda peyvənd etdirmək könüllüdür: "Valideyn peyvənddən imtina edirsə, bundan yazılı şəkildə imtina etməli və imtinanın səbəbini əsaslandırmalıdır. Bundan əlavə, Azərbaycan dövləti peyvəndi öz maliyyə vəsaiti ilə alır, UNISEF isə yalnız vasitəçilik edir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Nəsib-Quliyev   Peyvənd  





Xəbər lenti