Bir ildə 16 minə yaxın insan suçiçəyinə yoluxub

 Bir ildə 16 minə yaxın insan suçiçəyinə yoluxub
  24 Aprel 2019    Oxunub:2162
"2018-ci ildə Azərbaycanda 15870 nəfər suçiçəyinə yoluxub. Yoluxma hər 100 min nəfərə 158,99 hal təşkil edir"
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, 2017-ci ildə isə ölkədə suçiçəyinə 15781 nəfər yoluxub. Yoluxma halı hər 100 min nəfərə 159,43 hal olub.



"Hazırda bir çox ölkədə suçiçəyinə qarşı peyvənd tətbiq olunur. Lakin Azərbaycanda suçiçəyinə qarşı peyvənd yoxdur. Amma yaxın illərdə bu peyvənd ölkəmizdə də tətbiq oluna bilər".

Aytən Zəhra
Azvision.az




Teqlər: Suçiçəyi  





Xəbər lenti