Lənkəranda şiə və sünnilər birgə namaz qıldı - FOTOLAR
Seminarın ikinci günündə Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinovun “Azərbaycanda birgəyaşayış ənənəsi”, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazovun “İslam məktəblərində ortaq dəyərlər” və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda mühazirələri dinlənilib.
Aprelin 24-də seminar iştirakçıları üçün Heydər Əliyev adına xatirə parkı və Heydər Əliyev Mərkəzi ilə tanışlıq, Tarix-Diyarşünaslıq Muzeyi və Həzi Aslanovun ev muzeyi ilə tanışlıq, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Vəhdət qanımızdadır” adlı sənədli filminin nümayişi nəzərdə tutulub.
Azvision.az