Adəmlə Həvvanın yaşı hesablandı

Adəmlə Həvvanın yaşı hesablandı
  18 Noyabr 2013    Oxunub:1644
Genetiklər ilk insanların təxmini yaşını müəyyənləşdirə biliblər. Dünyanın müxtəlif yerlərində yaşayan kişilərin Y-xromosomlarını öyrənməklə onlar bu xromosomun “təkamül ağacı”nı çəkməyi bacarıblar. Məlum olub ki, insanların ümumi əcdadı haradasa 120-150 min il bundan əvvəl yaşayıb.
Alimlər 9 fərqli populyasiyadan olan 69 kişinin mitoxondrial DNT-sini və Y-xromosomları təhlil ediblər.

Stenford Universitetinin professoru Devid Poznik bildirib ki, genlərdə mutasiyalar müəyyən sürətlə baş verir və buna əsaslanaraq, mutasiyaların sayını bilməklə prosesin yaşını hesablamaq mümkündür.

Buna əsasən onlar “Adəm”in 120-156 min il bundan əvvəl yaşadığnı hesablayıblar.Qadın mitoxondrial DNT-sinin öyrənilməsi nəticəsində isə bəlli olub ki, “Həvva” 99-148 min il bundan qabaq yaşayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti