Artur Rəsi-zadə İvanişviliylə görüşdü

Artur Rəsi-zadə İvanişviliylə görüşdü
  17 Noyabr 2013    Oxunub:1007
Azərbaycan və Gürcüstanın baş nazirləri ikitərəfli münasibətləri müzakirə edib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanın baş naziri vəzifəsini icra edən Bidzina İvanişvili və Azərbaycanın baş naziri Artur Rəsi-zadə Tbilisidə ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında mövcud münasibətlərdən məmnun olduqlarını bildirublər və münasibətırin daha dərinləşdirilməsi üçün istəklərini bildirblər.

Rəsi-zadə və İvanişvili birgə regional layihələr müzakirə ediblər və onların başa çatdırılması zəruriliyini qeyd ediblər.

Azərbaycanın baş naziri İvanişvilini, olan Gürcüstan prezidentinin andiçmə mərasimi zamanı hökm sürən bayram əhval-ruhiyyəsi münasibətilə təbrik edib.

Artur Rasizadə Gürcüstan prezidentinin andiçmə mərasimində azərbaycan dövlət nümayəndə heyətinə rəhbərlik edib.


Teqlər:





Xəbər lenti