Bakıda xeyriyyə sərgisi keçirilib - FOTOLAR

 Bakıda xeyriyyə sərgisi keçirilib -  FOTOLAR
  12 Mart 2019    Oxunub:8200
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Novruz bayramı münasibətilə "Xeyirə vəsilə" adlı IV xeyriyyə sərgisi keçirilib.
Azvision.az xəbər verir ki, sərgi Dövlət Rəssamlıq Akademiyasının və "Bədii toxuculuq və xalça sənəti" kafedrasının baş müəllimi Minəxanım Hüseynovanın birgə təşəbbüsü ilə keçirilib.



Sərginin əsas məqsədi fiziki imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək verməkdir. Xeyriyyəçilik məqsədi daşıyan bu sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının demək olar ki, bütün fakültələrində təhsil alan tələbələr öz dəstəklərini əl işləri ilə göstərməyə çalışıblar. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və texnikaları əhatə edir. Hər bir tələbə və gənc rəssam bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq nümayiş üçün ən parlaq nailiyyətlərini nümayiş etdirən işlərini təqdim ediblər.

Sərgilənən əsərlər xalça, qobilen, batika, zərgərlik, ebru, keramika, heykəltəraşlıq, şüşə və digər sahələri əhatə edir. Sərgidə həmçinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gəncclərin Peşə Reabilitasiya Mərkəzinin gənclərinin əl işləri sərgilənib. Sərgidə müxtəlif janr və üslublarda nümayiş olunan əsərlərin ümumi sayı 800-ə yaxındır.



Bununla yanaşı Novruz bayramı ilə əlaqədar sərginin sonunda Novruz şənliyi keçirilib. Şənlikdə 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gəncclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri konsert proqramı ilə çıxış ediblər.













































Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Sərgi  





Xəbər lenti