Altı ölkənin məşhur pianoçuları Şamaxıda - FOTOLAR

  10 Mart 2019    Oxunub : 1416
Altı ölkənin məşhur pianoçuları Şamaxıda - FOTOLAR
Martın 10-da Şamaxıda altı ölkənin məşhur pianoçularının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.
Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən konsertdə ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Azərbaycandan Murad Hüseynov, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada çıxış ediblər. Pianoçuların təqdim etdikləri İ.S.Bax. F.Şopen, F.Şubert, F.List, S.Prokofyev və digər dünya klassiklərinin əsərlərinin solo ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.



Qeyd edək ki, martın 7-də Bakıda, Heydər Əliyev Mərkəzində "Heksameron. 6 royal" adlı konsert keçirilib. Konsertdə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri, o cümlədən nadir hallarda ifa olunan “Heksameron” əsəri altı pianoçunun birgə təqdimatında səslənib. Layihənin davamı olaraq Bakı konsertində çıxış etmiş məşhur pianoçuların regionlara turları təşkil olunub. Musiqiçilərin bundan əvvəl Gəncə və Şəki şəhərlərində konsertləri keçirilib. Şamaxıdan sonra isə pianoçular Lənkəran şəhərində çıxış edəcəklər.









Azvision.az

Teqlər: Şamaxı