SSRİ xalq artisti vəfat edib

 SSRİ xalq artisti vəfat edib
  09 Mart 2019    Oxunub:3659
SSRİ xalq artisti Vladimir Etuş 97 yaşında dünyasını dəyişib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vaxtanqov adına teatrın direktoru Kiril Krok bildirib. Onun sözlərinə görə, xalq artisti dünən xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Vladimir Etuş 1922-ci ildə Moskvada yəhudi ailəsində doğulub. Kinoda 1953-cü ildə debüt edən aktyor 150-dən çox filmdə çəkilib. Ona ən çox məşhurluğu Leonid Qaydayın “Qafqaz əsiri”, “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” kinokomediyalarında yaratdığı obrazlar qazandırıb.

Azvision.az



Teqlər: Xalq-artisti  





Xəbər lenti