Eldəniz Quliyev öz fikirləri təkzib etdi

Eldəniz Quliyev öz fikirləri təkzib etdi
  15 Noyabr 2013    Oxunub:1617
“EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın Rüstəm İbrahimbəyova məxsus olması barədə səsləndirdiyi fikirləri təkzib edib.

O, AzVision.az-a açıqlamasında bildirib ki, belə fikir səsləndirməyib:

“Mən demişəm ki, Milli Şura Rüstəm İbrahimbəyovun ideyası ilə yaranıb. Memarı da Rüstəm bəydir. Müsahibədə “Milli Şura Rüstəm İbrahimbəyova məxsusdur” ifadəsi yoxdur. Sadəcə onu xəbər portalı başlığa çıxarılıb. Həmin başlığa əsasən də bir neçə nəfər müsnaibət bildirib, statuslar yazıblar”.

E.Quliyev vurğulayıb ki, hər işə praqmatik yanaşmaq lazımdır: “Hərə öz səviyyəsinə uyğun qəbul edir. Hamı anlayır ki, Rüstəm İbrahimbəyov Milli Şuranın qurulmasında aktiv iştirak edib. Həmçinin də “EL” hərəkatı. Ona görə də bizə haqsız hücumlar başa düşülən deyil”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti