Nazir Afətin ifasına münasibət bildirdi

Nazir Afətin ifasına münasibət bildirdi
  05 Mart 2019    Oxunub:6482
Mədəniyyət naziri Əbülfəs Qarayev müğənni Afət Telmanqızının Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, nazir yaradıcı prosesə həssaslıqla yanaşmağı tövsiyyə edib:

"Xüsusilə, nüfuzlu insanların, ədiblərin yaratdığı dahi əsərlərin müasir tərzdə təqdim olunmasında maraqlı olsaq da, keyfiyyət baxımından ciddi daxili nəzarət olmalıdır. Hər insanın yaradıcılıq qabiliyyəti onun dünya görüşündən, ifasından və əsəri təsvir etməsindən bilinir. Elə əsərlər olur ki, uğurlu olur, eləsi isə yox. Uğursuz olanda cəmiyyət tərəfindən ciddi tənqidə məruz qalır. Ölkəmizin böyük tarixi və ədəbi incəsənətlə bağlı olan mirası var və bunun müasir şəkildə yeni formalarda təbliğində maraqlıyıq".

Nazir vurğulayıb ki, yaradıcı insanlar bu işdə ciddi məsuliyyət sahibi olmalıdırlar: "Ona görə də, biz televiziyalarda ictimai şuranın yaradılmasında maraqlıyıq ki, heç olmasa bu işlərdə çərçivə müəyyən edilsin və ictimai nəzarət olsun. Azərbaycan televiziyalarında senzura yoxdur, biz qadağa qoya bilmərik. Mən rəsmi məktub yaza bilərəm ki, bu kimi nümunələrin yayılmasına nəzarət etsinlər. Amma sosial şəbəkələrə - "Youtube" və "Facebook" da necə qadağa qoymaq olar. Yenə də deyirəm ki, bu, birbaşa insanların daxili mədəniyyətindən asılıdır".

Şəhanə Rəhimli
Azvision.az


Teqlər: Nəsimi   Nazir  





Xəbər lenti