Əbülfəs Qarayev: “Cəfər Cabbarlının ev muzeyinə görə xəcalət çəkirdim”

 Əbülfəs Qarayev:  “Cəfər Cabbarlının ev muzeyinə görə xəcalət çəkirdim”
  05 Mart 2019    Oxunub:3853
"Mən 2006-cı ildə nazir təyin olunanda bu bina dövlətə məxsus deyildi, özəlləşdirilmişdi. Binaya baxılmırdı, aqibəti imkan vermirdi ki, təmir edilsin"
Azvision.az -ın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2010-cu ildə vəziyyət pisləşəndə eksponatlar teatr muzeyinə keçirilib:

"Paralel olaraq anadan olduğu evin yenidən qurulması ilə bağlı mənim tərəfimdən tapşırıqlar verilib. Ailə deyir ki, yeni ev tikilsin və birinci mərtəbədə muzey qurulsun. Mən illər boyu xəcalət çəkirdim və həyacan keçirirdim ki, muzey belə vəziyyətdədir. Ancaq biz ailənin qərarına təsir göstərmək istəmirdik".

Şəhanə Rəhimli
Azvision.az



Teqlər: Nazir   Muzey  





Xəbər lenti