Əli Kərimlinin müavini Müsavatı “vurdu”

Əli Kərimlinin müavini Müsavatı  “vurdu”
  14 Noyabr 2013    Oxunub:1041
“Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verməyi üçün heç bir əsas yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Rüstəm İbrahimbəyovun Milli Şuradan istefa verməsi ilə bağlı Müsavat funksioneri Arzu Səmədbəylinin təklifinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, R.İbrahimbəyovun Milli Şuranın sədri kimi fəaliyyəti bu quruma yalnız xeyir gətirə bilər:

“Rüstəm bəyin kifayət qədər nüfuza sahib olması, həm Azərbaycan, həm də beynəlxalq səvbiyyədə tanınmış bir ziyalı olması Milli Şuranın nüfuzuna xeyir gətirir. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu qurumun yaranması da birbaşa onun səyləri ilə bağlıdır. Bundan başqa özü də qeyd edib ki, sədr kimi fəaliyyətini davam etdirmək istəyir”.

Sədr müavini vurğualyıb ki, Milli Şura üzvlərinin əksəriyyəti onun sədr kimi qalmağının tərəfdarıdır: “Üzvlər arasında Rüstəm bəydən narazılıq yoxdur. Bu halda onun istefa verməsi üçün də heç bir əsas yoxdur”.

Qeyd edək ki, Müsavat Məclisin sədri Arzu Səmədbəyli Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən getməsini təklif edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti