Sahibkarlar üçün onlayn təlim keçiriləcək
Dövlət Gömrük Komitəsinin (DGK) və Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn təlimdə DGK-nın əməkdaşları tərəfindən idxal-ixrac əməliyyatları, gömrük prosedurları və bu sahədə yeniliklər barədə təqdimatlar keçiriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaqdır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Yevlax, Gəncə, Qəbələ və Abşeron rayonları üzrə KOB dostları regionlarda onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.
Onlayn təlimlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://azvision.az/redirect.php?url=http://smb.gov.az/news/sahibkarlarin-nzrin-3
Azvision.az
Teqlər: