Nazirlikdən sahibkarlara sanksiya xəbərdarlığı

   Nazirlikdən sahibkarlara sanksiya xəbərdarlığı
  26 Fevral 2019    Oxunub:2421
Vergidən azad edilmiş gəlir əldə edən şəxs və ya fərdi sahibkar digər vergiödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunmuş gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a verilən məlumata görə, həmin şəxslər bu gəlirlərini vergi orqanına bəyan etmədiyinə görə, onlara bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq ediləcək. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün isə 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Azvision.az



Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti