İrəvan teatrının direktoru: “Köhnə tamaşaları bərpa edirik”

 İrəvan teatrının direktoru:  “Köhnə tamaşaları bərpa edirik”
  20 Fevral 2019    Oxunub:4172
“İrəvan Dövlət Azərbaycan Dram Teatrında aparılan təmir işləri 2019-cu ilin sonuna qədər yekunlaşacaq”.
Bunu AzVision.az -a açıqlamasında teatırın direktoru İftixar Piriyev deyib. Onun sözlərinə görə, təmir işlərinə baxmayaraq, teatr fəaliyyətini davam etdirir: “Teatr fəaliyyətini əvvəlki templə davam etdirir. Artıq bir neçə yeni tamaşanın məşqi gedir. Köhnə tamaşalarımız bərpa olunur. Qastrol səfərlərimiz də nəzərdə tutulub. Yeni layihələrimiz olacaq. Yəni təmir işləri bizə maneə olmur. Təmirdən sonra teatrımız çox möhtəşəm əsərlər, böyük layihələr ərsəyə gətirəcək. Sürprizlərimizi gözləyin”.

İ.Piriyev qeyd edib ki, təmir işləri yüksək səviyyədə aparılır: “Cənab prezidentə teatırımızın kollektivinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirik. Bu təkcə İrəvan teatrına olan qayğı deyil, ümumilikdə Azərbaycan mədəniyyətinə olan qayğının təzahürüdür. Dövlətimizə, dövlət başçımıza, xalqımıza və bizə daim dayaq olan tamaşaçılarımıza öz minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyinə 2,0 (iki) milyon manat vəsait ayrılıb.

Şəhanə Rəhimli
Azvision.az


Teqlər: Prezident   İrəvan   Teatr  





Xəbər lenti