Universitetdə qalmaqal: bütün tələbə və müəllimlər qovuldu

Universitetdə qalmaqal: bütün tələbə və müəllimlər qovuldu
  12 Noyabr 2013    Oxunub:1665
Drezden Universitetində qalmaqal baş verib. Musavat.com-un “Spiegel”ə istinadən verdiyi məlumata görə, ali məktəbin rəhbərliyi bütün tələbələri və müəllimləri qovub. 42 min ünvana qovulmaları ilə bağlı elektron məktub daxil olub. Məktubda bildirilir ki, 12 gün sonra bütün tələbə və müəllimlər universitetdən çıxarılırlar.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, insidentdə ali məktəbin proqram təminatındakı nasazlıq səbəb olub. “Biz məktub alan hər kəsdən üzr istəyirik. Təbii ki, heç kim qovulmayıb. Ümid edirik ki, bir daha belə hadisə təkrarlanmayacaq” - universitet rəhbərliyi bəyan edib.


Teqlər:  





Xəbər lenti