Yalançının 8 xüsusiyyəti – ELMİ BAXIŞ

Yalançının 8 xüsusiyyəti – ELMİ BAXIŞ
  10 Noyabr 2013    Oxunub:2007
Əslində yalançını müəyyən etmək çox asandır. Bu səbəblə alimlər 8 xüsusiyyət qeyd edir. AzVision.az onları sizə təqdim edir.

1. Yalan danışan insan tez başın aşağı salır.
Əyər siz hiss etsəniz ki, sizin tərəfindən verilmiş birbaşa suala qarşınızdakı özündən asılı olmayaraq baş hərəkətləri edir, deməli sizə yalan danışmağa çalışır.

2. . Yalan danışan insan tərpənmədən dayanır.
Adətən insan danışıq zamanı özündən asılı olmayan hərəkətlər edir, özünü rahat hiss edir. Lakin əgər həmsöhbətiniz tərpənmədən dayanıbsa, burada nəyinsə düz olmadığına fikir verməyə çalışın.

3. Özündən asılı olmayaraq bədəninin hansısa hissəsinə toxunur.
İsbat edilib ki, yalançı çox vaxt `fəaliyyət` zamanı qarın, boğaz və sinə hissəsinə toxunur. Ona görə buna da fikir verin.

4.Yalançı ağzına toxunur.
`İnsanlar dodaqlarına toxunan zaman düz danışmaq istəmirlər` deyə fransız alimi qeyd edir.

5.Yalançı danışığında çətinlik çəkir.
Yalan danışan zaman insanın boğazı quruyur və danışmaqda çətinlik çəkir.

6.Yalançı gözünü qırpmadan sənə baxır.
Yalançı soyuq effektli baxışlarla sənə baxır. Bu o deməkdir ki, o qəsdən səni çaşdırmaq istəyir.

7.Çox danışır.
Həmsöhbətiniz çox danışdıqda və həddindən artıq informasiya deyirsə, çox güman ki, o sizi aldadır.

8.Nəyəsə işarə edir.
Yalançı bəyəsə işarə edirsə bu o deməkdir ki. o həyəcanlıdır və sizin yalanını tutmağınızdan şübhələnir.

İslam peyğəmbəri buyurub ki, `Yalan var cənnətə aparar, həqiqət var cəhənnəmə`. Əlbəttə ki ,birinin kim haqdasa pis danışdığını olduğu kimi həmin adama çatdırmaq yaxşı həqiqət deyil, kimlərisə barışdırmaq üçün danışılan yalan isə yaxşı yalan sayıla bilər. Amma hər bir halda bu amillərin hamısına fikir verin ki, hətta aldanmağı belə qəsdən edə biləsiniz və boş-boşuna aldanmayasınız.



Teqlər:  





Xəbər lenti