Səudiyyədə toqquşma - 2 ölü, 68 yaralı

Səudiyyədə toqquşma - 2 ölü, 68 yaralı
  10 Noyabr 2013    Oxunub:1047
Səudiyyə Ərəbistanında miqrant üsyanı.Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda miqrantlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 68 adam yaralanıb.

Miqrantlar gecə saatlarında Ər-Riyadın cənubundakı Hayy Manfuha məhəlləsində barrikada qurublar. Aksiya səhərə qədər davam edib. Hadisə yerinin yaxınlığında ofislərə və maşınlara ziyan dəyib.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra toqquşmalar böyüyüb və 561 nəfər həbs edilib.

Dah və bıçaqlardan da istifadə olunduğu iddia edilən hadisələr zamanı 2 nəfər ölüb, 68 adam yaralanıb. Ölənlərdən biri Səudiyyə Ərəbistanı vətəndaşıdır.

Ərəb mediası hadisənin səbəbi kimi Efiopiyadan olan miqrantların deportasiyasını göstərir. İddialara görə, əməliyyatlar zamanı bir miqrant öldürülüb.


Teqlər:





Xəbər lenti