Məşhur Türk jurnalisti həyatını itirdi

Məşhur Türk jurnalisti həyatını itirdi
  10 Noyabr 2013    Oxunub:1668
Məşhur türk qəzetçisi Savaş Ay 14 il əziyyət çəkdiyi xərçəng ucbatından həyatını itirdi.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyənin məşhur jurnalist və televiziya aparıcısı Savaş Ay 14 illik xərçəng mübarizəsin ölümlə bitirdi. 59 yaşındakı jurnalist qırtlaq xərçəngindən əziyyət çəkirdi və bir müddət idi ki, Samatyada yerləşən İstambul Təhsil və Araşdırma xəstəxanasında müalicə alırdı.

1954 təvəllüdlü Savaş Ay jurnalistlik fəaliyyətin qəzetçiliklə başlayıb və `Ay`, `Tercuman`, `Vatan`, `Milliyet`, `Sabah` qəzetlərində işləyib. Jurnalistin məşhurlaşması isə mavi ekrana çıxdıqdan sonra baş verib. Səmimi özünəməxsuz şəkildə tamaşaçıyla ünsiyyət quran Savaş Ay , `ATV`, `Tgrt`, `Kanal D`, `Kanal 6`, `Show Tv`, `Flash TV`, `Star Tv` və `Kanal 1`də `A Takımı` verilişi ilə bütün türkiyənin sevimlisinə çevrilmişdi. 2000-ci ildə film rejissorluğu da edən Savaş Ay axır illərdə `A` kanalının xəbərlərin aparırdı. Bir qızı və bir oğlu var.
Türkiyə sevimli telejurnalisti ilə 1-ci gün vidalaşacaq və torpağa yola salacaq. Allah Rəhmət eləsin.


Teqlər:





Xəbər lenti