Həftəsonu 208 cinayət hadisəsi baş verib

   Həftəsonu 208 cinayət hadisəsi baş verib
  21 Yanvar 2019    Oxunub:1891
Həftəsonu respublikanın daxili işlər orqanları tərəfindən 208 cinayət faktı qeydə alınıb, onların da 51-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti