Lənkəran məktəbində maraqlı təşəbbüs

Lənkəran məktəbində maraqlı təşəbbüs
  08 Noyabr 2013    Oxunub:1462
Bu gün Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü Məktəb-Liseydə 9 noyabr Bayraq günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himnilə başlayıb. Sonra məktəbin direktoru Yeganə Əsgərova Bayraq Günü haqqında çıxış edib.
Məktəblilərin ifasında Bayraq və Vətən haqqında şeirlər, mahnılar səslənib, sonda əlaçı və nümunəvi şagirdlər bayraq-qalstuklarla təltif olunub, onlar Azərbaycanın ilk bayraqçıları elan ediliblər.

Bayraq-qalstukları məktəbin direktoru Yeganə Əsgərova və dərs hissə müdiri İlqar Qasımov təqdim ediblər.

Təbdir məktəbin Valideyn Müəllim Assosiasiyası və Məktəb Uşaq Təşkilatı tərəfindən hazırlanıb.


Teqlər:





Xəbər lenti