Azərbaycanlı qadın Türkiyədə amansızlıqla qətlə yetirildi

Azərbaycanlı qadın Türkiyədə amansızlıqla qətlə yetirildi
  08 Noyabr 2013    Oxunub:1237
Türkiyə Balıkesir vilayətinin Erdek rayonunda azərbaycanlı qadının meyiti aşkarlanıb.
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan əslli 49 yaşlı Səidə Eyvazovanın cəsədi rayon ərazisindəki zeytun bağlarından birində tapılıb. Məlumata görə, cəsədin üzərində çox sayda kəsici alətlə vurulmuş xəsarət izləri var.

Eyvazovanın cəsədi Bursa şəhəri məhkəmə tibbi ekspertizasının morquna göndərilib. Ölümün dəqiq səbəbləri ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.


Teqlər:  





Xəbər lenti