Bir ailənin 3 üzvü qəzada öldü

Bir ailənin 3 üzvü qəzada öldü
  30 Dekabr 2018    Oxunub:4528
Finlandiyada ağır yol qəzası baş verib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza Oulu şəhəri ərazisində qeydə alınıb. Belə ki, Rusiyadan istirahət üçün bu ölkəyə gələn ailənin olduğu avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində Rusiya vətəndaşları 1980-ci ildə anadan olan ər və arvad, həmçinin onların azyaşlı övladı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Bildirilib ki, artıq Rusiya tərəfi qəza ilə bağlı məlumatlandırılıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Qəza   Rusiya  





Xəbər lenti