Bakıda keçmiş məhkum polisi bıçaqlayıb

Bakıda keçmiş məhkum polisi bıçaqlayıb
  29 Dekabr 2018    Oxunub:2446
Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almış Şəmkir rayon sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Əli Əsgərov yaxalanarkən o polis əməkdaşına bıçaqla xəsarət yetirib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti