Zeynalova görə daha iki vəzifəli şəxs işdən qovuldu

Zeynalova görə daha iki vəzifəli şəxs işdən qovuldu
  01 Noyabr 2013    Oxunub:1128
Moskva meri Cənub dairəsinin və Qərbi Biryulevonun rəhbərini tutduğu vəzifəsindən azad edib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva meri Serqey Sobyanin Moskvanın Cənub dairəsinin və Qərbi Biryulevanın prefektası Qeorqiy Smoleyevskini və ı Qərbi Biryulevun bələdiyyə sədri Viktor Leqavini tututduqları vəzifədən azad edib.

Adı çəkilən rəsmilərin vəzifədən kənarlaşdırılma səbəbinin Biryulevo rayonunda Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş qətl hadisəsi, bu hadisə fonunda baş qaldıran etiraz aksiyaları və iğtişaşlarla əlaqəli olduğu bildirilir. Bundan əvvəl isə Qərbi Biryulevo rayonunun polis rəisi və Moskvanın Qərbi Biryulevo rayonunun da daxil olduğu Cənub dairəsinin Daxili İşlər İdarəsinin rəisi, general mayor Aleksandr Podolnıy vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin baş verənlərə görə məhz hökuməti o cümlədən yerlərdə daxili işlər üzrə idarə rəhbərlərini günahlandırmışdı.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti