Gürcüstan Rusiyanı prezidentin andiçməsinə çağırmadı

Gürcüstan Rusiyanı prezidentin andiçməsinə çağırmadı
  01 Noyabr 2013    Oxunub:1200
Gürcüstan Rusiya nümayəndəsini prezidentin inauqurasiya mərasiminə dəvət etmədi
Rusiya nümayəndəsi Gürcüstanın yeni seçilmiş prezidentinin inauqurasiya mərasiminə dəvət edilməyib. AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə junalistlərə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze açıqlama verib. Onun sözlərinə görə, rəsmi Tiflisin belə bir addım atmasına səbəb, Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələrin mövcud olmamasıdır:

"Mən Avropa Birliyi, NATO-ya üzvü olan ölkələri və bu birliklərin üzvü olmayan, ancaq Tiflisdə səfirlikləri olan ölkələri inauqurasiya mərasiminə dəvət etmişəm. Rusiya isə bu siyahıda yer almayıb".

Qeyd edək ki, bir müddət bunadan əvvəl Gürcüstanın yeni seçilən prezidenti Abxaziya və Cənubi Osetiyanı tanımayacaqlarını da bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti