Prezident vətəndaşları arıqlamağa çağırdı

Prezident vətəndaşları arıqlamağa çağırdı
  01 Noyabr 2013    Oxunub:1336
Meksikanın Səhiyyə Nazirliyi bütün vətəndaşların çəkisinə nəzarət Meksika prezidenti Enrike Penya Nyeto öz vətəndaşlarını arıqlamağa çağırıb.
Meksika liderinin bildirdiyinə görə, milonlarla meksikalının həyatı təhlükədədir. Onun sözlərinə görə, rahat oturub gözləyə bilmərik ki, artıq çəki və piylənmə epidemiyası ölkəni bürüsün. O, meksikalıları fiziki işlər görməyə və piyada gəzməyə çağırıb.

Piylənmə ilə bağlı Meksika parlamenti kalorili yeməklər və qazlı sular haqqında qanuna dəyişiklik edib. Hər 275 kilokaloridən artıq qidaya və hər litr qazlı suya görə vergilər artırılacaq.

Prezident həmçinin bildirib ki, ölkənin Səhiyyə Nazirliyi bütün vətəndaşların çəkisinə nəzarət edəcək.

Xatırladaq ki, Meksika diabet xəstələrinin sayına görə dünyada ilk yerlərdən birini tutur.


Teqlər:  





Xəbər lenti