Romanın mərkəzində iğtişaşlar zamanı 16 nəfər xəsarət alıb

Romanın mərkəzində iğtişaşlar zamanı 16 nəfər xəsarət alıb
  01 Noyabr 2013    Oxunub:1020
Romanın mərkəzində polislə etirazçılar arasında baş vermiş toqquşma nəticəsində 16 nəfər xəsarət alıb.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları hakimiyyətin sosial sahədə apardığı siyasətə, əsasən də, ucuz mənzil çatışmazlığı ilə bağlı etirazlarını bildirib.

Məlumata görə, polis tərəfindən əhatəyə alınmış etirazçılar asayiş keşikçilərinə tüstü şaşkaları atıblar. Polis buna cavab olaraq etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Toqquşma zamanı, azı 3 polisin və 10-dan çox etirazçının xəsarət aldığı bildirilir. Bir qadın turist gözyaşardıcı qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinin yaxınlığında yerləşən prezident sarayı ikicərgəli polis kordonu ilə əhatəyə alınıb. İğtişaşlar baş verən ərazidə həmçinin baş nazir Enriko Lettanın iqamətgahı və parlamentin hər iki palatası da yerləşir. Havaya polis helikopterləri qaldırılıb.

Xatırladaq ki, bir həftə öncə Romada analoji hadisələr baş verib. Aksiya iştirakçıları hakimiyyətin iqtisadi sahədə apardığı siyasətə də etiraz ediblər. Həmin vaxt baş verən toqquşmalarda Fransa vətəndaşı daxil olmaqla etiraz aksiyasının 15 üzvü saxlanılmışdı.


Teqlər:





Xəbər lenti