Kəmaləddin Heydərov partlayış yerində - FOTOLAR (Yenilənib)

 Kəmaləddin Heydərov partlayış yerində -  FOTOLAR (Yenilənib)
  20 Noyabr 2018    Oxunub:3749
Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.
Azvision.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.









***
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün səhər saatlarında Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar təcili Gəncəyə gedib.

Azvision.az xəbər verir ki, nazir hadisə yerinə baş çəkib, ona son vəziyyətlə bağlı məlumat verilib. Partlayış baş verən əraziyə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da gəlib.

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində ölən 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, bir nəfər isə yaralanıb.

Azvision.az


Teqlər: Gəncə   Partlayış  





Xəbər lenti