Merkel ABŞ-a agentlər qrupu göndərdi

Merkel ABŞ-a agentlər qrupu göndərdi
  30 Oktyabr 2013    Oxunub:983
Almaniya Kəşfiyyat İdarəsinin rəsmiləri ABŞ-la danışıqlar üçün Ağ Evə səfər ediblər.
ABŞ-la Almaniya arasında telefon dinləmələri qalmaqalı davam edir, həttademək olar ki, daha da güclənib. Almaniya Kansleri Angela Merkelin telefon danışıqlarının dinlənilməsinin ardından sonra Almaniya Kəşfiyyat İdarəsinin rəsmiləri ABŞ-la danışıqlar üçün Ağ Evə səfər ediblər.

AzVision.az BBC-yə istinadən xəbər verir ki, kanslerin xarici siyasət üzrə müşaviri və Almaniya Kəşfiyyat İdarəsi əlaqələndiricisi Ağ Evdə danışıqlar keçirəcək.

ABŞ-a qarşı müttəfiqlər tərəfindən getdikcə artan hiddətə baxmayaraq, ABŞ Kəşfiyyat İdarəsinin rəhbəri xarici liderlərin dinlənilməsinə əməliyyatların əsas məqsədi kimi bəraət qazandırıb.Lakin, Milli Təhlükəsizlik İdarəsi (MTİ) tərəfindən ABŞ-ın digər müttəfiqləri ilə yanaşı, Vaşinqtonda və BMT-də Fransız diplomatlarının və həmçinin Fransadan və İspaniyadan milyonlarla telefon zənginin dinlənildiyi xəbər verilir.
Buna baxmayaraq, MTİ rəhbəri Gen Keith iddia edir ki, MTİ-nin milyonlarla telefon zənglərini izləməsi haqda yayılan ittihamlar tamamilə əsassız və yanlışdır. Belə ki, bu telefon iddiaları hal-hazırda Rusiyada yaşayan və ABŞ-ın məxfi materiallarını mətbuata sızdıran Amerikanın keçmiş kəşfiyyat xidməti əməkdaşı Edvard Snouden tərəfindən yayılıb.

Bu arada, Almaniya mediası məlumat verir ki, ABŞ Almaniya Kansleri Angela Merkelin telefon danışıqlarını artıq 10 ildən artıqdır ki dinləyir və dinləmələr yalnız bir neçə ay öncə başa çatıb.
Bu arada, Kaitlin Hayden məlumat verir ki, Almaniyanı danışıqlarda xanım Merkelin xarici məsələlər üzrə müşaviri Kristof Heusgen və gizli xidmət orqanının əlaqələndiricisi Quenter Heiss təmsil edir. ABŞ-ı isə danışıqlarda Milli Təhlükəsizlik Xidmətinin məsləhətçisi Suzan Rays, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klapper, prezidentin daxili təhlükəsizlik və əks-terrorizm üzrə yardımçısı Liza Monakonun təmsil edəcəyi gözlənilir.

Xanım Haydeninin sözlərinə görə, görüş Prezident Barak Obama və Kansler Angela Merkel arasında ABŞ və Almaniya arasında keçən həftə kəşfiyyat üzrə əməkdaşlığın dərinləşdirilməsi haqda imzalanan müqaviləyə əsasən baş tutub.


Teqlər:





Xəbər lenti