Bəşər Əsəd amnistiya elan etdi

Bəşər Əsəd amnistiya elan etdi
  30 Oktyabr 2013    Oxunub:1110
Suriya prezidenti Bəşər Əsəd ümumi amnistiya elan edib.
AzVision.az RBK - ya istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb. Qeyd edək ki, amnistiya 2013-cü ilin oktyabrın 29-dək törədilmiş bütün cinayətlərə şamil edilir.

Qeyd edək ki, Əsəd bu ilin aprelin 16-da da ümumi amnistiya elan etmişdi.

Bundan əvvəl isə amnistiya 2012-ci ilin yanvarında elan olunmuşdu, lakin o hökumət əleyhinə çıxışlarda iştirak edən şəxslərə şamil edilərək məhdud xarakter daşımışdı.

Qeyd edək ki, bu gün həmçinin Suriyanın baş nazirinin müavini Qədri Cəmilin istefaya göndərilməsi barədə xəbər yayılıb.


Teqlər:  





Xəbər lenti