Saakaşvili vida çıxışından dərhal sonra ölkəni tərk edib

Saakaşvili vida çıxışından dərhal sonra ölkəni tərk edib
  29 Oktyabr 2013    Oxunub:1234
Mixail Saakaşvili və Tiflis meri ölkəni tərk edib.
Gürcüstan prezidenti Mixail Saakaşvili və Tiflis meri Qiqi Uqulava ölkəni tərk edib. AzVision.az “Georgiya Online” saytına istinadən xəbər verir ki, bu xəbəri “Maestro” telekanalı yayıb.

Dövlət başçısı əhaliyə televiziya ilə rəsmi müraciətindən sonra aeroporta yollanıb. Onu orada paytaxt meri qarşılayıb.

Prezident administrasiyasından bildiriblər ki, Saakaşvili Avropaya səfərə yollanıb. Bununla bağlı rəsmi məlumat sabah yayılacaq.

“Georgia Online” saytına isə adı açıqlanmayan mənbələrdən məlum olub ki, Tiflis meri Strasburqa rəsmi səfərə gedib. Prezident isə Avropa ölkələrinin birinə qeyri-rəsmi səfərə yollanıb. Saakaşvili iki gündən sonra vətəninə qayıdacaq.


Teqlər:





Xəbər lenti