Avropa Gürcüstanda seçkilərlə bağlı qərarını açıqladı

Avropa Gürcüstanda seçkilərlə bağlı qərarını açıqladı
  28 Oktyabr 2013    Oxunub:990
Avropa müşahidəçiləri : Gürcüstanda prezident seçkiləri açıq və konstruktiv şəkildə keçirilib.
Gürcüstanda keçirilmiş prezident seçkiləri şəffaflığı və konstruktivliyi ilə seçilirdi- deyə Avropa müşahidə missiyasının bu gün yaydığı hesabatda qeyd olunur.

Sənəddə həmçinin seçkilər zamanı birgə toplaşma və söz azadığına tam riayət olunması, bütün namizədlərin heç bir məhdudiyyət olmadan öz kampaniyalarını keçirə bildikləri qeyd olunub.

Qeyd edək ki, müşahidə missiyasının tərkibinə ATƏT-in İnsan Hüquqları və Demokratik İnstitutlar üzrə Bürosu(İHDİB), ATƏT-in Parlament Assamblyeası, Avropa Şurası, NATO-nun Parlament Assmableyası və Avropa Parlamentindən olan nümayəndələri daxil idi.

AzVision.az


Teqlər:  





Xəbər lenti