Lavrov gürcüləri təbrik etdi

Lavrov gürcüləri təbrik etdi
  28 Oktyabr 2013    Oxunub:1023
"Ümid edirik ki, yeni hakimiyyət Rusiya istiqamətində mehriban siyasət yeridəcək.
"Ümid edirik ki, yeni hakimiyyət Rusiya istiqamətində mehriban siyasət yeridəcək. İnanırıq ki, bu hakimiyyət mürəkkəb regionda reallıqları nəzərə almaqla dostluq siyasəti aparcaq". Rusiya xarici işlər naziri Serqey Lavrov belə deyib. AzVIsion.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiyalı nazir gürcü xalqına yeni hakimiyyət orqanlarının formalaşması üzrə bütün təşkilati məsələləri tez bir vaxtda qurtarmağı arzu etdiyini bildirib.

"Gürcü xalqını seçkilərlə bağlı təbrik edirik. Bizə daxil olan məlumatlara görə, seçki prosesi azad, şəffaf şəkildə keçirilib"- deyə Lavrov qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti