Rəssam Stalone - FOTOLAR

Rəssam Stalone - FOTOLAR
  28 Oktyabr 2013    Oxunub:5031
Sankt-Peterburqda Sylvester Stallone-nin rəsmlərindən ibarət sərgi açılıb.
Rusiyanın Sankt-Peterburq şəhərindəki muzeylərin birində amerikalı kino ulduzu, "Rembo", "Rokki" və başqa filmləri ilə Azərbaycanda da çox populyar olan Sylvester Stallone-nin rəsmlərindən ibarət sərgi açılıb.

Sərgidə onun axır 30 ildə çəkdiyi rəsmlərdən 30-u nümayiş olunur. Stallone ötən əsrin 70-ci illərindən rəsmlər çəkir. Amma əsərlərini uzun müddət cəmiyyətə təqdim etməyib. Yalnız 2009-cu ildə Mayamidə ilk sərgisini keçirib. Aktyor-rəssam abstrakt ekspressionizm janrında rəsmlər çəkir və artıq auksionlarda 2 rəsmini sata bilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti