ABŞ dünya liderlərini İngiltərədən izləyir

ABŞ dünya liderlərini İngiltərədən izləyir
  28 Oktyabr 2013    Oxunub:1057
Avropanın dövlət başçılarının telefon danışıqları İngiltərədəki Menvis-Xill casus bazasından dinlənilirmiş.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Avropada ən iri bazalardandır və telefon danışıqlarının və internet yazışmalarının tutulması, işlənməsi üçün istifadə olunur.

Edvarda Snoudenin açıqladığı ABŞ Mili Təhlükəsizlik Agentliyinin məlumatlarına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqat Bürosu (FTB)

Alman hökumətinin fəaliyyətini birbaşa Almaniyanın mərkəzindən izləyir. Qalmaqalla bağlı rəsmi Berlin Vaşinqtonla danışıqlar aparmağa hazırlaşır.

Almaniya tərəfi çox ciddi şəkildə məsələnin araşdırılmasını istəyir. Almaniya kəşfiyyat idarəsindən bildiriblər ki, bu günlərdə ABŞ-yə məsələnin müzakirəsi üçün mütəxəssislər göndəriləcək. Bundan əlavə Edvard Snoudenin dindirilməsində Alman tərəfi Rusiyadan icazə istəyib.



Teqlər:  





Xəbər lenti