Exitpoll: Giorgi Marqvelaşvili birinci turda qalib gəlib

Exitpoll: Giorgi Marqvelaşvili birinci turda qalib gəlib
  28 Oktyabr 2013    Oxunub:1169
Gürcüstanda keçirilən prezident seçkilərində GFK şirkətinin təşkil etdiyi exitpoll-un nəticələrinə görə, hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili birinci turda qalib gəlib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, GFK şirkətinin vitse-prezidenti Vadim Volos deyib ki, saat 18:00-a qədər səslərin 80 faizi sayılıb və Giorgi Marqvelaşvili 66.7 faizlə birinci yerdədir. Buna görə də, seçkilərdə ikinci tura ehtiyac qalmır.

Nəticələrə görə, ikinci yerdə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradze - 20.2 faiz. 7.5 faizlə Nino Burcanadze üçüncü, 2.1 faizlə Şalva Natelaşvili dördüncü, 1.1 faizlə Giorgi Tarqamadze beşinci olub.

Yerdə qalan 1 faiz isə digər 18 namizəd arasında bölünür.

Qeyd edək ki, exit-poll 152 seçki məntəqəsində 12 100 seçici arasında keçirilib.


Teqlər:  





Xəbər lenti