Sabirabadda "QAZel" yanıb, 2 nəfər xəsarət alıb

Sabirabadda "QAZel" yanıb, 2 nəfər xəsarət alıb
  04 Oktyabr 2018    Oxunub:2074
Sabirabadda "QAZel" yanıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, rayonun Qalağayın kəndində ümumi sahəsi 180 m² olan talvarın altına yığılmış 1,2 ton pambığın 20 kq, yaxınlıqdakı "QAZel" markalı yük avtomobilinin ban hissəsi və banına yığılmış 800 kq pambığın 30 kq yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin və pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti