Brakonyerlərlə bağlı protokol tərtib edilib

Brakonyerlərlə bağlı protokol tərtib edilib
  01 Oktyabr 2018    Oxunub:1727
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Lənkəran və Masallı rayonları ərazisində icazəsiz ov edən şəxsləri saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, onlardan 3 ov tüfəngi və ovlanmış cürə quşları götürülüb.

Araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Nadir Ağayev, Masallı rayon sakinləri Rahim Əzizov və Məmmədhüseyn Əsədov olduğu müəyyənləşib.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib, onlara inzibati qaydada, ümumilikdə, 3035 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti