Obama: `Merkeli izləməmişik`

Obama: `Merkeli izləməmişik`
  24 Oktyabr 2013    Oxunub:1190
ABŞ prezidenti, bununla bağlı məlumatı təkzib etdi
ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon söhbətinin olması barədə xəbər yayılıb.

AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Obama Merkelin ABŞ kəşfiyyatı tərəfindən dinlənilmədiyini bildirib və bundan sonra da dinlənilməyəcəyi barədə zəmanət verib.

Məlumatda bildirilir ki, Obama, dinləmələrin ABŞ xalqının və müttəfiq ölkələrinin təhlükəsizlik problemlərini azaltmaq məqsədi ilə həyata keçirildiyini deyib. Onlar, ölkələrinin təhlükəsizliyini qorumaq üçün vətəndaşların gizlilik hüquqlarının qorunması məsələsində həmrəy olduqlarını da bildiriblər.


Teqlər:





Xəbər lenti