Rusiyalı nazir: Zeynalovun məsələsi təxribatdır

Rusiyalı nazir: Zeynalovun məsələsi təxribatdır
  23 Oktyabr 2013    Oxunub:1138
Rusiya DİN: ”Zeynalovun işi təxribatçılar tərəfindən şişirdilib”
“Ölkədə xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı getdikcə artır. Hər 4-cü bölgədə cinayət göstəricisi azı 30% artıb”. Rusiya Daxili İşlər Naziri Vladimir Kolokoltsev Dövlət Dumasında keçirilən “hökümət saatı” çərçivəsində çıxışı zamanı belə deyib. DİN rəhbərinin bildirib ki, ölkə üzrə cinayət hadisələrinin ümumi sayı 10% azalsa da, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilmiş cinayətlərin sayı xeyli artıb. Bu cür hallar Rusiya Federasiyasının 57 subyektində qeydə alınıb.

Bundan əlavə, nazir bildirib ki, cinayətlərin yarıdan çoxu Mərkəzi federal dairədə törədilib, maksimal cinayət göstəriciləri isə Sankt-Peterburq və Moskvada müşahidə olunub.

Çıxışı zamanı Rusiya DİN rəhbəri Orxan Zeynalovun məsələsinə də toxunub. Nazir Moskva sakini Yeqor Şerbakovun qətlinin təxribatçılar tərəfindən qəsddən şişirdilib və Birulyovda millətlərarası münaqişə yaratmaq məqsədi daşıyıb.

“Təxribat törətməkdə maraqlı olan şəxslər xalqın emosional durumundan istifadə edərək bu hadisəni şişirdib və millətlərarsı narazıçılığa yol açıblar. Hazırda elə bil şərait yaranıb ki, müxtəlif millətlərə mənsub şəxslər arasında hətta məişət zəminində yaranmış xırda söz-söhbətlər belə, ayrı-ayrı şəxslər tərəfindən sabitliyin pozulması məqsədilə istifadə oluna bilər”,-deyə nazir təəssüf hissi ilə qeyd edib.

Ülkər Qurbanəliyeva
AzVision.az



Teqlər:  





Xəbər lenti