Tərtər və Lənkəranda yanğın olub

Tərtər və Lənkəranda yanğın olub
  13 Sentyabr 2018    Oxunub:3156
Tərtər rayonunun Hacallı kəndində 2 otaqlı evdə yanğın baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 81 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsiyanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata görə, Lənkəran şəhərinin Göyşaban kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 2 otaq və aynəbənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 29 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti