DGK sədri: "8 ayda 250 gənc kadr işə götürülüb"

DGK sədri: "8 ayda 250 gənc kadr işə götürülüb"
  12 Sentyabr 2018    Oxunub:2146
"Son aylar aparılan struktur islahatları gömrük işinin keyfiyyətinin artırılmasına səbəb olub. Bir-birini təkrar edən idarə və şöbələr birləşdirilib"

AzVision.az xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, 8 ayda 250 gənc kadr işə götürülüb. S.Mehdiyev, həmçinin qeyd edib ki, cari ilin 8 ayında 6155 min hüquqpozma faktı qeydə alınıb. Bunlardan 458-i cinayət xarakterli olub. Bu da 6 milyon 135 min vəsait təşkil edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Səfər-Mehdiyev   Gömrük  





Xəbər lenti