Gömrükdə 1 tondan çox narkotik müsadirə edilib

Gömrükdə 1 tondan çox narkotik müsadirə edilib
  12 Sentyabr 2018    Oxunub:1422
"Cari ilin 8 ayında gömrükdən narkotik keçirməklə bağlı 150 fakt aşkar olunub"
AzVision.az xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O, bildirib ki, müsadirə olunan narkotiklərin ümumi çəkisi 1 ton 19 kiloqram olub.

S.Mehdiyev qeyd edib ki, narkotik keçirməyə cəhd göstərən 169 nəfər şəxs saxlanılıb. Onların 143-ü kişi, 26-sı isə qadındır.

"Həmin şəxslərin 132 nəfəri azərbaycanlı, 37 nəfəri isə əcnəbi olub".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gömrük   Narkotik  





Xəbər lenti