"Bu, son illər üçün rekord göstəricidir" - Səfər Mehdiyev

"Bu, son illər üçün rekord göstəricidir" - Səfər Mehdiyev
  12 Sentyabr 2018    Oxunub:1610
"Aparılan islahatlar nəticəsində gömrük keçid məntəqələrində olan sıxlıq aradan qaldırılıb. Hava Nəqliyyatında Baş Gömrük idarəsinin əməkdaşları hər ay 1,5 milyon sərnişinə xidmət edir. Bu isə son illər üçün rekord göstəricidir".
AzVision.az xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri bildirib ki, "Qırmızı körpü" sərhəd keçid məntəqəsində gün ərzində 17 min rezident və qeyri-rezidentə xidmət göstərilir.

Onun sözlərinə görə, komitədə aparılan islahatlar nəticəsində bir-birinin funksiyalarını təkrar edən şöbələr və idarələr birləşdirilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Səfər-Mehdiyev  





Xəbər lenti