Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət və taxta tullantıları yanıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.